Keçmiş səfir: Münaqişənin yeganə həlli Qarabağın Azərbaycana qaytarılmasıdır

1-10-2020, 17:28           
Keçmiş səfir: Münaqişənin yeganə həlli Qarabağın Azərbaycana qaytarılmasıdır
Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılmasıdır.

Bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin "Facebook" səhifəsində yazıb.

M.Pakayinin sözlərinə görə, hüquq normalarına əsasən, Ermənistan tərəfindən Dağlıq Qarabağın rəsmən tanınması mümkün deyil. Buna əsasən, bu işğalçılıq daha uzun müddətə davam edə bilməz.

Pakayin əlavə edib ki, indiyədək müxtəlif dairələr tərəfindən münaqişənin həllinə dair vasitəçilik missiyaları müsbət nəticəyə çatmayıb.

"Unutmayaq ki, İran ərazisi İraq tərəfindən işğal olunduğu zamanda da, işğalçılığın davam etdiyi zamanadək İran işğalçı tərəflə müzakirəni qəbul etməyəcəyini israrla bəyan edirdi" - deyə, o qeyd edib.

Keçmiş səfir qeyd edib ki, hazırda da Azərbaycan dövləti işğal olunmuş ərazilərin azad edilməsini müzakirələrin ilkin şərti olaraq vurğulayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.