“Vurğun Əyyub partiyadan çıxarılmayıb” - Müsavat Məclisinin sədri

4-05-2015, 11:40           
“Vurğun Əyyub partiyadan çıxarılmayıb” - Müsavat Məclisinin sədri
“Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədrinin müavini Vurğun Əyyub Müsavat Partiyasının üzvlüyündən xaric olunmayıb”.

Dia.az-ın modern.az-a istinadən məlumatına görə, bunu Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı deyib.

Onun sözlərinə görə, Vurğun Əyyub partiyanın sıralarından çıxarılmayıb.

“O, yalnız Məclis üzvlüyündən çıxarılıb. Vurğun bəyin özü bildirmişdi ki, Məclisin legitimliyini tanımır. Ona görə onun Məclis siyahısında qalmağı hansısa başqa bir müsavatçının haqqını tapdalamaqdır. Bu səbəbdən Vurğun bəy yalnız Məclis üzvlüyündən çıxarılıb. Onun partiya sıralarından çıxarılması yalan söhbətdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.