Azərbaycanda deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi

15-04-2015, 11:29           
Azərbaycanda deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi
Milli Dircəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq. Deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel- ermənilərin qondarma soyqırımı gününə salıb.

“Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai siyasi xadimlər dəvət olunub.

Millət vəkili Fərəc Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, toy günü üçün 24 aprel tarixini seçməsi təsadüfi deyil: “Mən bu tarixi bilərəkdən seçmişəm. Toy dəvətnamələrinin də üzərinə yazdırmışam ki, düşmənlərimiz nə qədər zəif düşsə, biz həmin günləri qeyd etməliyik. Hər məsələyə siyasi ritorika verməyi bacarmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.