Bakıda kommersiya obyektlərinin qiyməti necə dəyişəcək?

14-05-2019, 22:56           
Bakıda kommersiya obyektlərinin qiyməti necə dəyişəcək?
2019-cu ilin may-avqust aylarında Bakıda kommersiya obyektlərinin qiyməti artacaq.

Bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, artım təxminən 2-3 faiz təşkil edəcək:

"Gələn ay Bakıda kommersiya obyektləri 1,5 faiz bahalaşacaq, növbəti aylarda artım dinamikası qorunacaq. Bu ilin may-avqust aylarında kommersiya obyektlərinin icarəsi də 1,5 faiz bahalaşacaq”.

N.İbrahimov əlavə edib ki, kommersiya obyektlərinin ucuzlaşması payız aylarında gözlənilir, ilin sonuna yaxın isə yenidən artım müşahidə olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.