Gömrük Komitəsinin yeni sədri büdcə ödənişlərini artıra bilməyib - RƏQƏMLƏR

15-06-2019, 19:55           
Gömrük Komitəsinin yeni sədri büdcə ödənişlərini artıra bilməyib - RƏQƏMLƏR
Bu ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 14 milyard 449,2 milyon dollar olub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən 5 ay ərzində Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği 1 milyard 733,5 milyon manat (1 milyard 19,7 milyon dollar) olub. Nəticədə toplanan gömrük vergi və rüsumlarının məbləği xarici ticarət dövriyyəsinin 7%-nə bərabər olub.
Məlumat üçün qeyd edək ki, ötən ilin ik 5 ayında bu göstərici 6,9% olub. Belə ki, ötən ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 11 milyard 225,9 milyon dollar olub. Komitə tərəfindən toplanan gömrük vergi və rüsumlarının məbləği isə ötən ilin ilk 5 ayında 1 milyard 325,6 milyon manat (780 milyon dollar) olub.
Onu da qeyd edək ki, hazırkı sədr Səfər Mehdiyev ötən ilin aprel ayının 24-dən etibarən Komitəyə rəhbərlik etməyə başlayıb. İlin ilk 4 ayında isə Komitəyə rəhbərlik Aydın Əliyev tərəfindən həyata keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.