Ucar sakini Vilayət Eyvazova şikayət etdi- ŞİKAYƏT

7-08-2019, 09:07           
Ucar sakini Vilayət Eyvazova şikayət etdi- ŞİKAYƏT
Teref.az Ucar rayonun Qazyan kənd sakini, fərdi təqaüdçü, 78 yaşlı Mahmudov Abdulhüseyn Alıhüseyn oğlunun Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova ünvanladığı şikayət məktubunu təqdim edir:
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Ucar rayonun Qazyan kənd sakini, fərdi təqaüdçü, 78 yaşlı Mahmudov Abdulhüseyn Alıhüseyn oğlu tərəfindən

ŞİKAYƏT


Üzləşdiyim qanunsuzluğa görə mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edirəm.
Hörmətli Nazir!
01 iyul 2019-cu il tarixdə saat 10-00 radələrində ağır xəstəni Ucar rayonundan Göyçay Mərkəzi rayon Xəstəxanasına Mersedes-Benz 90-MA-899 Dövlət Qeydiyyat Nişanlı öz şəxsi minik avtomobilimlə apararkən Ucar-Göyçay magistral yolun 15-16 km-də, Potu kəndinin yol ayrıcında, yolun kənarında dayanmış bir neçə avtomobilin yanından keçərkən məcburiyyət qrşısında qalb avtomobilin bir təkəri orta düz xəttin üzərindən keçdi, bu zaman Göyçay Yol Polisi bölməsinin əməkdaşı Dövlət Qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobillə yol polisi nümayəndəsi baş serjant Nurlan Mehdiyev məni saxlayaraq özünü təqdim etmədən mənə bildirdi ki, sən yol hərəkət qaydasını pozmusan, bəs bizə hörmət et, çıx get. Mən ona öz iradımı bildirdim ki, hörmət et mənasını başa düşmürəm, lakin mən xəstəxanaya ağır xəstə aparıram mənə kömək et xəstəni xəstəxanaya çatdırım. Sonra sən əvvəlcə yol kənarında düzgün dayanmayan, yolun hərəkət hissəsinin müəyyən hissəsni zəbt edən avtomobilləri yoldan kənarlaşdırmaq əvəzinə mənə deyirsən ki, bizə hörmət edin və məni günahlandırırsan. Mən xətti üstünə çıxmamaq üçün yol kənarında dayanmış ya həmin avtomobilləri vurmalı idim və yaxud səs siqnalı verərək bir neçə avtomobili yoldan qırağa çıxmasını xahiş etməli idim və yaxud qarşı tərəfin yolu boş olduğu üçün xəttin üstündən keçməli idim. Amma bu işləri yol polisin əməkdaşları yerinə yetrirməli olduqları halda məni günahlandırırsan. Həmin dayanmış avtomobillər yolun hərəkətinə həm mane olur, həm də qəza şəraiti yaradırlar. Amma həmin polis əməkdaşı öna hörmət etmədiyimdən mənə cərimə yazacağını bildirdi. Mən ona xəstənin xəstəxanaya aparmaqda mənə kömək etməsini xahiş etdim, mənə bildirdi ki, mən təcili yardım deyiləm, ondan özünü təqdim etməsini bildirdim, o isə əvəzində mənə dedi ki, sənə protokol gələndə mənim adımı və soyadımı oradan oxuya bilərsən. Elə də oldu onun adını mən protokolu alandan sonra bildim.

1-ci şikayət məktubundan sonra məni məni Göyçay Yol Polisi bölməsinə dəvət etdilər, məni bölmənin rəis müavini qəbul etdi və təkidlə protokola imza etməyimi bildirdi, lakin protokolla razılaşmayıb imza etmədim, əvəzində rəis müavinindən soruşduqda ki, niyə əməkdaşınız xəstəni tex xəstəxanaya şatdırmaqda mənə kömək etmədi, əvəzində rəis müavini bildirdi ki, biz təcili yardım işləmirik. Amma dəflərlə mətbuatda, televiziyalarda oxyub, görmüşük ki, Bakı şəhəry Yol Polis əməkdaşları hər hansı bir xəstəyə kömək ediblər, bundan region polislərinin xəbəri belə yoxdur. Bunları onlara çatdırdıqdatəəsüflər olsun ki, rayon yol polisin işçilərinin bu işlərdən xəbərsiz olduqlarını və eşitmədiklərini bildirdilər. Demək belə çıxır ki, Bakı şəhərində işləyən yol polis əməkdaşları yüksək mədəniyyətə, insanpərvərliyə malikdirlər nəninki rayon yol polis bölməsinin əməkdaçları, Bunların bir məqsədi var daha cox cərimə yazıb, daha çox cərimənin mükafatını almaq, insanların sağlamlığı bunlar üçün 2-ci dərəcəli işdir.

Hörmətli Nazir! Odur ki, yuxarıda yazdıqlarımı nəzərə alaraq Göyçay Yol Polisi bölməsinin əməkdaşı, Dövlət Qeydiyyat nömrəsi 99-YP-621 olan avtomobili idarə edən yol polisi nümayəndəsi polis baş serjantı Nurlan Mehdiyev haqqında ölçü götürülməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
Əlaqə telefonu; (050) 455-23-44

İmza: Mahmudov Abdulhüseyn
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.