Nədən gürcülər "neytral zona"ya hökmranlıq edirlər... - Haqlı irad...

19-08-2019, 18:34           
Nədən gürcülər "neytral zona"ya hökmranlıq edirlər... - Haqlı irad...
Facebook istifadəçisi Əvəz Rüstəmov olduqca aktual bir məsələyə toxunub. DİA.AZ olaraq bu yazılanları diqqətinizə təqdim edirik:

"Azərbaycandan Gürcüstana, Gürcüstandan da Azərbaycana keçərkən bir məqama diqqət yetirirəm. Neytral ərazi deyilən bir yer var. Hesab edək ki, Azərbaycandan Gürcüstana keçirəmsə, o ərazidə vətəndaşın hərəkətinə gürcü polisi nəzarət etsin. Yəni o anlamda ki, Azərbaycan ərazisi tərk edilib, neytral ərazidən sonra gələn ölkə Gürcüstandır. Yaxşı bəs mən Gürcüstan ərazisini tərk etmişəmsə, gürcü polisi neytral ərazidə mənə niyə göstəriş verməlidir? Düz Azərbaycan sərhədçilərinin dayandığı darvazayadək gürcü polisi balaca dırındılet maşınlarla o tərəf bu tərəfə keçib camaata ilişir. Nümayişkəranə şəkildə qayda-qanun yaradır. Qayda-qanun yaxşıdır, öz yerində.


Şübhə də etmirəm ki, əgər nəzarət olmasa, bizimkilər sərhəd darvazasına yaxın bir yox, bir neçə avtomobil zolağı yaradarlar. Qorxudan etmirlər. Amma bizə neytral ərazidə nəzarəti nə üçün gürcü polisi etməlidir? Hələ sənəd-sünəd tələb edib cərimə filan da yazırlar. Pasportuma Gürcüstandan çıxdığımı təsdiqləyən möhür vurulursa, gürcü polisi hansı əsasla məni saxlayır? Olmazmı ki, neytral ərazidə bizim də müvafiq hüquq-mühafizə orqanı təmsilçisi olsun? Bu yoxdur və nəticədə gürcü polisinin qanunun aliliyini tətbiq və nümayiş etdirmə həvəsini görürük. Deyim də necə - bizi, yəni avtomobillərimizi Azərbaycanın sərhəd qapılarına doğru sıraya düzürlər. Hünərin var, sıra xəttini tapdala. Mənə elə gəldi ki, Gürcüstan polisi təkcə nizam-intizam yaratmaq deyil, nizam-intizam yaratmaq bəhanəsilə özünü göstərməyi, sanki bizi aşağılamağı düşünür".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.