Avtobus sürücüləri “AMAL-D” şirkətini məhkəməyə verdi – “550 manat yazıb 90 ödəyirlər...”

16-09-2019, 16:44           
Avtobus sürücüləri “AMAL-D” şirkətini məhkəməyə verdi – “550 manat yazıb 90 ödəyirlər...”
2013-cü ilin mart ayında “AMAL-D” MMC-nin sürücüsü Cabbarov Bayram Nəbi oğlunun idarə etdiyi avtobus "Motodrom” ərazisində "Toyota Camry” markalı maşını arxa hissədən vurub.


Avtobusun sığortası olmadığından, digər avtomobilin isə sığortasının birtərəfli olmasına görə iş məhkəməyə gedib. Sumqayıt Apellyasiya Məhkəməsi 7 aprel 2014-cü il tarixdə "Toyota Camry”yə dəyən 19 min 939 manat məbləğində ziyanın cavabdehlər Cabbarov Bayram Nəbi oğlundan və"R" və "V" Servis-dən müştərək qaydada tutularaq zərərçəkənə verilməsinə dair qərar çıxarıb.

Qəza törədən C. Bayram BakuPost-a açıqlama verərək “AMAL-D” dən şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə 2016- cı ildə törətdiyi qəza bəhanə gətirilərək işdən azad edilib. Amma bir neçə illik əmək haqqı ödənməyib. Əlində “AMAL-D” MMC-yə məxsus möhür və əlaqəli şəxsin imzası olan müqavilə olmasına baxmayaraq, şirkət C. Bayramın onların işçisi olduğunu rədd edir. “AMAL-D” MMC-ni məhkəməyə verən C. Bayram aylıq maaşlarının 550 manat olmasına baxmayaraq, yay aylarında 90 manat, digər vaxtlarda isə 125 manat plan verib. Qazancı isə gündəlik ona qalan 5-6 manat olub.

Şikayətçi həmçinin bildirib ki, onunla bərabər bir neçə sürücünün də nə əmək kitabçaları, nə sosial sığorta kartları, nə də aylıq maaşları verilməyib: “Məhkəmənin çıxartdığı qərara görə dəyən ziyanın yarısını mən, yarısını “AMAL-D” ödəməlidir. Ancaq hazırda heç bir yerdə çalışmıram. Mən haqqımı tələb edirəm. Çalışdığım illərin maaşını versinlər ki, mən də boynuma düşən ziyanı ödəyim”.

Mövzunun davamı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.