Təhsil haqqını ödəməkdə çətinlik çəkənlərə müjdə

17-09-2019, 08:36           
Təhsil haqqını ödəməkdə çətinlik çəkənlərə müjdə
Bəzi dövlət ali məktəblərində ödənişli əsaslarla qəbul olan tələbələrə 1-ci kursdan təhsil haqqını iki dəfəyə ödəmək imkanı yaradılıb
Bu gün ali təhsil müəssisələrində də yeni dərs ilinə start verilib. Ödənişli əsaslarla ali məktəblərə qəbul olunan tələbələri ən çox maraqlandıran məsələlərdən biri təhsilhaqqının necə ödənilməsi ilə bağlıdır. Qeyd edək ki, son vaxtlar müzakirə mövzusuna çevrilən məsələlərdən biri də, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqını ödəməsində yaranan çətinliklərdir. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun verdiyi tapşırığa əsasən, təhsilhaqqını iki dəfəyə ödəmək mümkündür. Lakin nazirin qərarı ilə iki dəfəyə ödəmək imkanı olmayan tələbələrə şərait yaradılır ki, təhsilhaqqı aylara bölünərək ödənilsin. Yeni qayda bütün kurs tələbələrinə şamil edilir.

Qeyd edək ki, bu tədris ilindən bəzi dövlət ali məktəblərində ödənişli əsaslarla qəbul olan tələbələrə 1-ci kursdan təhsil haqqını iki dəfəyə ödəmək imkanı yaradılıb. Nazir Ceyhun Bayramov bununla bağlı universitet rəhbərlərinə tapşırıq verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.