"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır - GİLEY

1-11-2019, 16:55           
"Sabina" parfümeriya-kosmetika mağazalar şəbəkəsində vaxtı keçmiş məhsullar satılır - GİLEY
““Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsində ötən ilin tarixində istehsal olunan məhsullar satılır”.

Bu barədə BiG.AZ- şikayət daxil olub. Aynurə Həsənova adlı şəxs şikayət edərək bildirib ki, utilizasiya ediləsi məhsulları endirimlə camaata satırlar:

““Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialından endirimlə dodaq parıltısı aldım. Mağazadan çıxdıqdan sonra məhsulun üzərində istifadə müddətinin 2018-ci ilin 1 yanvar tarixində bitdiyinin yazıldığını gördüm. Təbii ki, məhsulu qaytarıb pulumu geri aldım. Baxmayaraq ki, mən şikayət etmişdim, mağazada belə məhsulların satışının davam etdiyini gördüm”.

Şikayətlə bağlı “Sabina” parfümeriya-kosmetika mağazalar şəbəkəsinin Metroparkda yerləşən filialı ilə əlaqə saxladıq. Mağazanın rəhbəri Altay Məmmədov Big.az-a açıqlama verərək bildirib ki, belə halların baş verməsi normaldır:

“ Ola bilər ki, mağazada istehsal müddəti bitmiş məhsul olsun. Çünki, indi endirimlər vaxtıdır və alıcılar çox olur. Qarışıqlıq olur. Yəqin ki, məhsullar qarışıb. Amma biz tez-tez yoxlama işləri aparırıq. Bir neçə gündür ki, yeni yoxlama işləri aparırıq. Və belə məhsullar aşkarladığımız zaman mağazadan yığışdırırq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.