2-qrup Qarabağ əlilli Mehriban Əliyevaya müraciət etdi:"Məhkəmə qərarını yerinə yetirmirlər.."

11-11-2019, 07:41           
2-qrup Qarabağ əlilli Mehriban Əliyevaya müraciət etdi:"Məhkəmə qərarını yerinə yetirmirlər.."
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

AZƏRBAYCAN RESPUBLİKASININ ƏƏSM NAZİRİ

CƏNAB SAHİL BABAYEVƏ.



DSMF-na



DSMF BƏRDƏ RAYON ŞÖBƏSİNƏ.



Bərdə rayon, Çələbilər kəndində yaşayan, Qarabağ müharibə əlilli, çavuş Əsədov Elman Yunis oğlu tərəfindən.



Ə r i z ə



Bildirmək istəyirəm ki, dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam. Ailəliyəm 3 uşağım var.



2-ci qrup Qarabağ Müharibə əlilliyəm.



Qeyd etmək istəyirəm ki, DSMF Bərdə rayon şöbəsindən Prezident təqaüdü alıram, DSMF Bərdə rayon şöbəsinə qanuna müvafiq olaraq müraciət etdim ki, mənə Prezident təqaüdünün ödənilməyən 2013-cü ildən 2016-cı ilədək fərq məbləği ödənilsin, lakim bu barədə müraciətimə imtina edilmişdir, məcbur qalıb məhkəməyə müraciət etdim, məhkəmə xeyrimə qərar qəbul etdi və məhkəmə qərarı 19.07.2019-cu ildə qanuni qüvvəsini almışdır, lakin bu günə kimi hələdə məhkəmə qərarı icra edilməyərək qalmaqdadır.



Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz, mənə ödəniləcək pul vəsaitinin hesablanıb cəminin nə qədər olması barədə yazılı şəkildə məlumat verəsiniz və mənə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 2013-cü ilin noyabr ayından 2016-cı ilin noyabr ayına qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müvafiq göstəriş verəsiniz.

Əlaqə telefonu: 051-544-80-22.



01.10.2019-cu il. İmza: Əsədov Elman Yunis oğlu.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.