Nazirlik işçilərinə qiymətli qol saatları alır - Azərbaycanda

14-11-2019, 16:53           
Nazirlik işçilərinə qiymətli qol saatları alır - Azərbaycanda
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi qiymətli kişi və qadın qol saatları alır.

Teref.az Yeniavaz-a xəbər verir ki, Qeydiyyat və Notariat Baş İdarəsi 22 noyabr Ədliyyə işçilərin peşə bayramı münasibətilə əməkdaşlara ədliyyə emblemi həkk olunmuş qiymətli kişi və qadın qol saatının alınması kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Bildirilir ki, maraqlanan təşkilatlar 404 42 03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Onu da qeyd edək ki, kotirovka sorğusu ilə bağlı bildiriş e-tender.gov.az saytına 13.11.2019-cu il tarixində yerləşdirilib və qeyd olunub ki, iştirak etmək üçün sənədlər 14.11.2019-cu il saat 11:00 tarixinədək qəbul olunur. Göründyü kimi, elanın e-tender.gov.az saytına qoyulması ilə ilə sənədlərin son qəbul tarixi arasında cəmi bir gün vaxt var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.