Fatma Abdullazadə ölkədən qaçıb?

13-01-2020, 18:22           
Fatma Abdullazadə ölkədən qaçıb?
NUH.az-a daxil olan məlumata görə, PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə ölkədən qaçıb.

F. Abdullazadə 1993-cü ildən 2017-ci il iyunun 1-dək Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri olub.

Xanım Abdullazadə ali məktəblərə rektor təyin olunmasında, fəxri adların ( xalq artisti, əməkdar elm xadimi və s ) verilməsində səlahiyyət sahibi olub. Onun adı mətbuatda rüşvət və korrupsiya ilə bağlı hallanıb.
Mənbənin məlumatına görə, Fatma Abdullazadənin uzun illər Sabir adına Pedoqoji kollecdə gizli kabineti-görüş yeri olub. Bütün bazarlıqlar orda həyata keçirilib. Məlumata görə, Primakovun yubileyinin keçirilməsində də Fatma xanımın adı hallanır.
Abdullazadənin keçmiş vergi naziri Fazil Məmmədova 1 milyon dollar borclu olması və Beynəlxalq Bankdan külli miqdarda kredit götürüb qaytarmaması yuxarılarda ciddi müzakirə olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.