DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA

4-08-2020, 15:16           
DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə builki qəbul imtahanları ilə bağlı quruma ünvanlanmış çoxsaylı suallara cavab verib

Modern.az-ın məlumatına görə, Mərkəzdən bildirilib ki, I, II, III və IV qruplar üzrə qəbul imtahanının ikinci mərhələsinin tarixləri bu həftə ərzində elan olunacaq.

“I, II, III və IV qruplar üzrə qəbul imtahanının ikinci mərhələsinin avqustun ortalarından etibarən keçirilməsi nəzərdə tutulur. İmtahan tarixləri bu həftə ərzində elan olunacaq”, - deyə DİM bəyan edib.

Qeyd edək ki, həm əvvəlki illərin məzunları, həm də 11-ci sinfi bu il bitirən məzunlar qəbul imtahanlarının 1-ci mərhələsi sayılan buraxılış imtahanlarını veriblər. İndi bütün abituriyentlər qəbul imtahanlarının 2-ci mərhələsini gözləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.