Bank əmanətləri ilə bağlı qərar qəbul olundu - Bloklanmış əmanətlərin qaytarılmasına başlanıldı

15-08-2020, 00:08           
Bank əmanətləri ilə bağlı qərar qəbul olundu -
Bağlanmış banklarda bloklanmış əmanətləri olanlara şad xəbər. Konstitusiya Məhkəməsinin qərarına əsasən əmanətlərin qaytarılmasına başlanılır. Bu haqda daha ətraflı sıradakı sujetdən biləcəksiniz.

Proses 1300-dən artıq vətəndaşın 62 milyon manat əmanətinin qaytarılmasını nəzərdə tutur. Yəni, kommersiya bankları mərkəzi bankın qadağasına baxmayaraq, əhalidən əmanət qəbul edib. Onlar müflis elan olunduqdan sonra isə o pullar blok edilib. Amma yeni qərarla blok olunmuş əmanətlərin statusu müəyyənləşdirildiyindən həmin depozitlər qorunan hesab olunacaq və vətəndaşlara qaytarılacaq.

Vüqar Bayramov – millət vəkili

Bu o deməkdir ki, blok olunmuş əmanətlər konstitusiya məhkəməsi tərəfindən qorunan əmanətlər hesab olunduğuna görə, əmanətlərin sığortası fondu tərəfindən həmin vəsaitlər vətəndaşlarımıza qaytarılacaq.

Vətəndaşlar arasında narazılıq yaradan digər problem qorunan əmanətlərin qorunmayan əmanətlərə çevrilməsinə səbəb olan miqrasiya məsələsi idi. Yeni qərarla isə miqrasiyadan əvvəlki, yəni vətəndaşın əmanəti banka təqdim etdiyi vaxtda olan şərtlər nəzərə alınacaq.

Vüqar Bayramov – millət vəkili

Bu o deməkdir ki, vətəndaş ləğv olunmuş filiala əmanət təqdim edən zaman hansı şərtlərlə əmanəti təqdim edibsə, sonradan miqrasiyaya əsasən şərtlər dəyişsə belə həmin vəsaitlər qorunandısa qorunan hesab olunacaq və vətəndaşlara qaytarılacaq.

Növbəti mərhələdə isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən maliyyə mənbəyinin formalaşdırılması və prosedurların açıqlanması nəzərdə tutulur.

Rəşad Həsənov – iqtisadçi ekspert

Bu ay ərzində prosedurlar açıqlanacaqdır. Və vətəndaşlar hansı ki onların əmanətlərinin geri qaytarılması müvəqqəti dayandırılmışdı onlara vaxtlar təyin ediləcəkdir. Təbi ki, burada da müəyyən şərtlər nəzərə alınır. əmanətin həcmi əsas parametrlərdən biridir. 33 min manata qədər və 33 mindən yuxarı olan əmanətlər. müvafiq bölgü əsasında da vətəndaşlar əmanətlərini geri alacaqlar.

Qeyd edək ki, “Atabank”, “NBCBank” və “AGBank”da bloklanan əmanətlərin geri qaytarılmasına bu gündən başlanılıb.

atv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.