İşıq pulu niyə çox gəlir? - VİDEO

15-08-2020, 00:00           
İşıq pulu niyə çox gəlir? - VİDEO
"İyulda iyuna nisbətən istehlakçılar 201 milyon kilovat/saat artıq elektrik enerjisi istifadə ediblər".

Publika.az "Real" TV-yə istinadla xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.

O bildirib ki, sərfiyyat artımı yay fəslində elektrik avadanlıqlarından daha çox istifadə ilə əlqədardır:

"Sayğacların parametlərini dəyişdirmək, informasiya sisteminə hər hansı kənar müdaxilədən isə söhbət gedə bilməz".

Qeyd edək ki, "Azərişıq" ASC 2 milyon 700 mindən artıq abonentə xidmət göstərir. Onlardan 2 milyon 530 mini əhali qrupuna daxildir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.