Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi

25-10-2020, 11:23           
Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
Azərbaycan Respublikası Baş Prokurorluğu ölkəmizdə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Baş Prokurorluq nəzərə çatdırıb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru