Vasif Talıbovun mürtəce ənənələrini tarixdən birdəfəlik silməlidir -Məcburin İMƏCLİKLƏR

26-11-2022, 10:16           
Vasif Talıbovun mürtəce ənənələrini tarixdən birdəfəlik silməlidir -Məcburin İMƏCLİKLƏR
Vasif Talıbovun Lenin, Stalin dövrü sovet rejimindən örnək aldığı iməcliklər təkcə insanların istirahət hüquqlarının pozulması deyil. Bu, həm də insanların zorla əməyə cəlb edilməsi kimi quldarlıq sisteminin bərqərar olunmasıdır.
Ən əsası isə müəllimin, alimin, mədəniyyət xadiminin əlinə süpürgə verdirib onları şagird və tələbələrin, heyranlarının qarşısında aşağılamaq, ləyaqətini alçaltmaq cəhdidir.
Məqsəd isə aydındır: İnsanları mənən köləyə çevirmək, onlarda qul psixologiyası bərqərar etmək. Azərbaycan hakimiyyəti Naxçıvanı bu zillətdən qurtarmaq üçün dərhal hərəkətə keçməli, Vasif Talıbovun mürtəce ənənələrini tarixdən birdəfəlik silməlidir.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.