Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası - YÜZ MİLYONLARLA DƏYƏRİ OLAN MALLAR RÜSUMSUZ İDXAL EDİLİRMİŞ

26-11-2022, 18:00           
Naxçıvan gömrüyündəki əməliyyatların şok pərdəarxası -
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.

Təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib.

Mənbəmizin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarlardan 3000 manat rüşvət alınıb.

“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbəmiz əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru