Masallı mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovanın başı pul qazanmağa qarışıb

20-05-2015, 11:17           
Masallı  mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovanın başı pul qazanmağa qarışıb
Masallının Kalinovka kəndinin sakinləri JAM.AZ-a müraciət edərək, üzləşdikləri problemlərdən şikayətçi düşüblər. Kənd sakinləri adından saytımıza məktub ünvanlayan Kamran Nadirov yazır ki, Kalinovkada hələ keçmiş SSRİ dövründə inşa edilmiş yay və qış mədəniyyət kinoklubları yerlə yeksan edilib.

Onun sözlərinə görə, bu kinoklublar kənd ərazisində yeganə mədəniyyət ocaqları sayılırmış. Kamran Nadirov JAM.AZ-a bildirib ki, bu kinoklubların yerlə yeksan edilməsinin səbəblərinə dair məlumatlar da dolaşır. «Deyilənlərə görə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan bu klubları sökdükdən sonra, onların torpaq sahələrini satmaq istəyirlər».

Qeyd edək ki, Masallıda belə hallar ilk deyil və indiyə qədər dəfələrlə baş verib. Yerli mədəniyyət və turizm şöbəsinin müdiri Lətifə Mövsümovanın başı pul qazanmağa qarışdığından gözünə nə klub, nə də mədəniyyət evi görsənir. Hələ bir neçə il bundan əvvəl 280 min manatlıq tender oyunlarında adı hallanan, daha sonra bir neçə şirkəti üzə çıxan şöbə müdirinin Kalinovka kəndindəki kinoklubu sökdürməsi də qeyri-adi deyil. Görünür, Lətifə xanım, bu dəfə də hansısa maraqlarını ifadə edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.