“Göygöldə ayaqyolunun duşunu da oğurlayıblar” - Nazirlik

18-08-2015, 16:57           
“Göygöldə ayaqyolunun duşunu da oğurlayıblar” - Nazirlik
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov Göygöl Milli Parkının zibillənməsilə bağlı məsələyə aydınlıq gətirərkən belə deyib. O, AzVision.az-a bildirib ki, bu günə kimi 15 nəfər cərimələnib, 2 nəfər isə polis bölməsinə təhvil verilib:

“Milli Parkın ərazisində hər 100 metrdən bir zibil qutuları qoyulub. Buna baxmayaraq çoxları zibili həmin qutuya yox, yerə atır. Əsasən də körpə uşaqlarnana gələn qadınların sayı çoxdur. Bələkdəki uşağı ilə gəlib Parkın ərazisində pampers dəyişirlər. Dəfələrlə xəbərdarlıq olunsa da heç bir fayda vermir. ”

Vaqif Cavadovun sözlərinə görə, nazirliyin əməkdaşları parkın ərazisinin zibilləyənlərə irad tutanda təhqirlərlə qarşılaşırlar:

“Dünən bir qrup şəxs park ərazisində tonqal qalamağa cəhd edib. Naziryin əməkdaşları həmin vətəndaşlara xəbərdarlıq ediblər. Amma həmin şəxslər nəməkdaşlarımızı balta ilə hədələyiblər. Bu kimi hallara görə, rayon polis şöbəsinin əməkdaşları ilə sıx əməkdaşlıq edirik. Həftənin 3-cü və 4-cü günləri ərazidə Post Patrul Xidməti də nəzarət edirlər. Lakin bu kimi tədbirlərə baxmayaraq yenə də Park ərazisində zibilliklərə rast gəlinir. Odur ki, birinci növbədə ictimai qınaq güclənməlidir. Hələ görməmişəm ki, Parkın ərazisinə zibil atan kimsəyə bir nəfər “ayıb olsun zibili niyə yerə atırsan?” desin, onu qaınasın. Əgər bunu deyən yoxdursa, heç bir tədbir kömək etməyəcək. Biri var ki, zibil qabı dolu ola daşımayaq, biri də var zibil qabı boşdur və zibil onun yanında yerə atılır”.

V. Cavadovun sözlərinə görə, bəzən azərbaycanlının atdığı zibli xarici vətəndaşlar yığır:
“Alman, əfqan vətəndaşı “çox mədəni” vətəndaşlarımızın yerə atdığı zibli qaldırıb zibil qutusuna atdığını görmüşəm. Bəzən vətəndaşlarımız bilərəkdən buranı zibilliyirlər. Qucağında 15 kiloqramlıq qarpızla gələnlər. Qadınlar var ki, Milli Parka tort gətirilər. Şəxsən özüm gpörmüşəm ki, dörd qadın daş səkinin üstündə oturub səkini dağıdıblar. Qadınlar ayaqyolunda duşu belə, oğurlayıblar”.

Qısa zamanda bu qədər axının olacağını gözləmədiklərini söyləyən departament müdiri bildirib ki, gün ərzində Milli Parka 1000-2000 nəfər gəlir:
“Qrup yaratmışıq . Səhərdən axşama kimi yuxarı –aşağı gedib nəzarət edirlər. Elə ki, onlar gözdən itdi özlərini meşəyə verirlər. Maşından palaz, samovar, üzüm, qarpız çıxarır. Elə bil, dədələrindən qalma bağdı. Daha başa düşmürlər ki, bura qoruqdur. Deyəndə ki, sizi cərimə edəcəyik, üstümüzə hücum çəkirlər. Nazirliyin əməkdaşları tez-tez təzyiqlərə məruz qalırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.