Bakı 1 Saylı Vərəm Dispanserində biabırçılıq

27-08-2015, 12:35           
Bakı 1 Saylı Vərəm Dispanserində biabırçılıq
Yemək verilməyən xəstələrdən kanalizasiya pulu tələb olunur

Bakı Şəhər 1 Saylı Vərəm Dispanserində biabırçı vəziyyət yaşanır. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, sözügedən dispanserdə müalicə alan xəstələrdən kanalizasiya pulu tələb olunur.

Həmin məlumatda vurğulanır ki, xəstələr buna etiraz etsələr də, tələblər dəyişməyib. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub.

Bu əsnada xəstələr onu da bildiriblər ki, 1 saylı Vərəm Dispanserində müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman peraparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub.

Məsələni dəqiqləşdirmək üçün sözügedən qurumla əlaqə saxlamaq cəhdimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.