Ziya Məmmədov taksiləri şəhərdən yığışdırır?

17-04-2015, 10:46           
Ziya Məmmədov taksiləri şəhərdən yığışdırır?
Avropa Oyunları ərəfəsində şəhərin mərkəzində yalnız “London taksiləri” fəaliyyət göstərəcək.

Taksi sürücülərin AzVision.az-a bildirdiyinə görə, nazirlik əməkdaşları tərəfindən onlara bu barədə ciddi xəbərdarlıq edilib. Bildirilib ki, onlar şəhərin mərkəzinə buraxılmayacaqlar, yalnız şəhərdən kənarda fəaliyyətlərini davam etdirə bilərlər:

“Bizə deyirlər ki, nazir ciddi göstəriş verib, şəhərinə mərkəzində işləyə bilməyəcəyik. Ancaq “London taksiləri”nə icazə veriləcək”

Sürücülərin dedikləri ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxladıq.

Nazirlik rəsmisi AzVision.az-a açıqlamasında bildirdi ki, Avropa Oyunları ərəfəsində xüsusi olaraq “London taksiləri” ilə bərabər başqa markadan olan taksilər də fəaliyyət göstərə bilərlər, amma bir şərtlə:

“Bizim əsas məqsədimiz odur ki, qeyri-qanuni taksilər fəaliyyət göstərməsin. Onlara qarşı mübarizə aparılacaq”-deyə nazirlik rəsmisi vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.