Kübariyyə konsertin biletlərinin pullarını götürüb qaçdı

20-11-2018, 18:02           
Kübariyyə  konsertin biletlərinin pullarını götürüb qaçdı
Məşhur türk müğənni Kibariye həyat yoldaşı ilə konsert vermək üçün Almaniyaya yollanıb.
Türk mətbuatına istinadən xəbər veririk ki, lakin sənətçinin konserti baş tutmayıb.
Bu barədə “İkinci sayfa” proqramına konsertin təşkilatçısı məlumat verib: “Kibariye və əri təyyarədən enəndən sonra “Bizi türk marketinə apar” dedilər. 200 avro istədilər, verdim. Marketdən sosiska, kolbasa, yeddi qutu çay və bir çox məhsul aldılar. Sonra konsertin keçiriləcəyi məkana getdik, əri Ali Küçükbalıkçı qapının ağzına adam qoydu ki, bilet pullarını yığsınlar. Pulları toplayandan sonra gəlib dedilər ki, az adam var, Kibariye səhnəyə çıxmayacaq. Biletin pullarını da alıb qaçdılar”.
Kibariye isə “instagram” hesabında açıqlama yayaraq istəklərinin yerinə yetirilmədiyi üçün konserti ləğv etdiyini söyləyib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.