"Youtube"dən xoş xəbər

10-12-2018, 07:46           
"Youtube"dən xoş xəbər
"Youtube" platformanın fəaliyyətin keyfiyyətini artırmaq üçün yenilik edir
"Youtube" istifadəçilərin rahatlığı üçün yenilik edəcək.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Youtube"un rəsmi "Twitter" səhifəsində bu haqda məlumat paylaşılıb. Məlumatda qeyd olunub ki, ana səhifədən hansısa linkə daxil olmadan platformada görünən bütün videoların xülasəsini izləmək mümkün olacaq. Yeniliyin əsas özəlliyi isə bu videoların alt yazıları ilə nümayiş olunmasıdır.

Qeyd edək ki, "Youtube" tərəfindən belə bir addımın atılmasında əsas məqsəd platformanın keyfiyyətini yüksəltməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.