İTV-nin yeni rəhbəri Prezidentin tapşırıqlarını əleyhinə gedir.

18-03-2019, 22:51           
İTV-nin yeni rəhbəri Prezidentin tapşırıqlarını əleyhinə gedir.
Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktoru təyin olunandan sonra İTV-də iş prinsiplərinin səmərəliliyin artırılması adıyla kütləvi şəkildə peşəkar televiziya mütəxəssislərini işdən azad edib.
Unikal.org xəbər verir ki, rəhbərlik dəyişəndən sonra B.Qasımovun “təmizləmə əməliyyatı” nəticəsində 100-ə yaxın şəxs işdən çıxarılıb. İTV rəhbərinin bu qərarı işdən çıxarılan şəxslərin ciddi narazılığına səbəb olub.
Onu da nəzərə çatdıraq ki, bu günlərdə Prezident İlham Əliyev ixtisarların aparılmasına qarşı sərt reaksiya verib. “Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalı, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açılmalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Görünən odur ki, İTV-nin yeni rəhbəri Prezidentin tapşırıqlarını əleyhinə gedir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru