“Müğənni kimdir, çıxsın millətə ləyaqətdən, davranışdan, əxlaqdan dərs desin” - Jurnalistdən Flora Kərimovaya ATMACA

29-08-2019, 12:28           
“Müğənni kimdir, çıxsın millətə ləyaqətdən, davranışdan, əxlaqdan dərs desin” - Jurnalistdən Flora Kərimovaya ATMACA
Xəbər verdiyimiz kimi, xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, jurnalist bu gün Xəzər Tv-də efirə gedən “Hər şey daxil” verilişində xalq artistinin onu məhkəməyə verməsindən danışıb. Ü.Alovlu, həmçinin Flora Kərimovanın timsalında müğənnilərə səslənərək onların ünvanına sərt ifadələr işlədib:

“Müğənni kimdir ki, çıxsın millətə ləyaqətdən, davranışdan, əxlaqdan dərs desin. Millət sizdən danışır, siz kimdən danışırsız.”

Xatırladaq ki, xalq artisti Flora Kərimova Ülviyyə Alovlunu məhkəməyə verib. Müğənni iddiasına görə, jurnalist onu təhqir edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.