“İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər” – Nadir yenə coşdu

9-12-2019, 11:33           
“İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər” – Nadir yenə coşdu
Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.
“Yeni Sabah” xəbər verir ki, sənətçi böyük oğlunu evləndirmək istəməsindən danışıb. Nadir bildirib ki, gəlin tapmaqda çətinlik çəkir:

"Bir çox valideynlər bu problemi yaşayır. Yaxşı qız da, oğlan da var. Amma tapmaq çətindir. Qıza deyəndə ərə get, oğlana evlən, çətinlik çəkirlər. Mənim üçün həyat yoldaşımı bacım bəyənib, amma indi biz bəyənsək də, qərar vermək çətin olur. Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi. Tək oğlan üçün yox, qız üçün də yaxşı həyat yoldaşı tapmaq asan deyil".

Sosial şəbəkə istifadəçiləri onun bu sözləri ilə razılaşmayıb və onu tənqid ediblər. N.Qafarzadə isə öz növbəsində rəylərə cavab verib. 48 yaşlı müğənni rəylərdə izləyiciləri təhqir edib:

“Siz nə etdiniz? İndi 3 manatlıq “qəhrəmanlar” qeyrətə gələcəklər. Düz söz sərf etmir axı. Ay 3 manatlıq kafe, otel, tras, bar, “Tarqovu” “qəhrəmanları”, heç narahat olmayın, sizi də alan tapılar”.

İzləyicilər onun bu rəyini sənət adamına yaraşdırmayıb və onu mədəniyyətsiz adlandırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.