Xoşqədəm Hidayətqızı ATV əməkdaşlarını mətbuat konfransından qovdu

14-04-2015, 15:36           
Xoşqədəm Hidayətqızı ATV əməkdaşlarını mətbuat konfransından qovdu
Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, o, adıçəkilən kanalın əməkdaşlarını mətbuat konfransdan qovub. X. Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib.

O, “Azad Azərbaycan” dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb: “Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən bu ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm”.

Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib: “Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”.

Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.
Qeyd edək ki, “Azad Azərbaycan” telekanalı ilə yollarını ayıraraq ANS-ı keçən tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.