Səudiyyə Ərəbistanı rəsmi Ankaranın tələbini rədd etdi:"Hər iki şəxs Ər-Riyadda mühakimə olunacaq"

10-12-2018, 07:40           
Səudiyyə Ərəbistanı rəsmi Ankaranın tələbini rədd etdi:"Hər iki şəxs Ər-Riyadda mühakimə olunacaq"
Səudiyyə Ərəbistanı Xaşuqcinin qətlində şübhəli bilinən 2 vətəndaşını Türkiyəyə ekstradisiya etməkdən imtina edib.

Strateq.az Türkiyənin NTV kanalına istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, həmin 2 şübhəli də digər həbs olunan 17 nəfərlə birlikdə Ər-Riyadda mühakimə olunacaq.

Xatırladaq ki, rəsmi Ankara Xaşuqci cinayətinə görə Səudiyyə Ərəbistanının Kəşfiyyat İdarəsirəhbərinin keçmiş müavini Əhməd Əsiri ilə vəliəhdin Salmanın keçmiş müşaviri Səud Qahtaninin Türkiyədə mühakimə olunmasını tələb edir. Rəsmi Ankaranın iddiasına görə, bu iki şəxsin Türkiyədə istintaqının aparılması jurnalistin qətlinin dəqiq motivlərini və sifarişçisini üzə çıxaracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.