Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq niyyətindədir

17-12-2018, 07:21           
Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq niyyətindədir
Türkiyə ABŞ-dan 120 ədəd beşinci nəsil F-35 qırıcı-bombardmançıların tədürükünü gözləyir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"ABŞ F-35 qırıcıları istehsal edir. Bizə də onlardan 120-i veriləcək", - deyə NTV telekanalı ondan sitat gətirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Senatı Türkiyənin Rusiyadan S-400 raketləri alması ilə əlaqədar rəsmi Ankaraya ultimatum göndərib. Rusiya və Türkiyə “S-400” raket sistemlərinin alqı-satqısında dollardan imtina ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.