Tezer Ağaoğlu deputat olduğu partiyadan niyə istefa verdi?

11-05-2019, 07:40           
Tezer Ağaoğlu deputat olduğu partiyadan niyə istefa verdi?
Türkçülüyün patriarxlarından olan Əhməd bəy Ağaoğlunun ailəsinin Türkiyə də yaşadığı keşməkeşli həyatlarının ən maraqlı cizgilərindən biri də Ağaoğlu ailəsində böyüyən övladların ötkəm və prinsipial xarakteri idi. Genetik olaraq Əhməd bəy Ağaoğlundan övladlarına keçən bu xüsusiyyətlər onlara bir ömür yol-yoldaşlığı etmiş ailənin əsas xarakterik obrazına çevrilmişdir.

Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qızları Sürayyə və Tezere kinayə ilə “Ağayev” deyə müraciət etmələri onlara çox pis təsir edirdi. Türkiyənin elitası hesab edilən bu ailənin ən parlaq simalarından biri, Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili Sürayyə Ağaoğlu “Bir ömür də böyle keçdi” adlı memuarında bu barədə yazır: “ O, çağlarda məni üsyana sövq edən başqa səbəblərdən biridə ətrafımdakıların bizə “Ağayev” deyə müraciət etməsi idi. Rusiyada Ağayev soyadı daşıyan atam Birinci Dünya Savaşından sonra soyadını Ağaoğluna dəyişmişdir. Anacaq hələdə davam edən bu cür münasibət ilə bizə təzyiq etmək istəyənlər “Ağayev” deyərək ailəmizin Rusiyadan gəlməsini xatırladırdılar”

Bu məsələ türkçülük ruhunda böyüyən Ağaoğlu ailəsinin övladlarının hesiyyatına toxunurdu. Bu mövzuda ən ilginc hadisələrdən biri də məhz Əhməd bəy Aağoğlunun digər qızı Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş Tezer Ağaoğlu ilə bağlı baş vermişdir.

Tezer Ağaoğlu TBMM-də təmsil etdiyi ÇHP-nin mətbuu oraqanı olan “ Ulus” qəzetində qardaşı Səməd Ağaoğlu barəsində “ Ağayevin oğlu” deyə bəhs etdikləri üçün ÇHP-dən deputat olmasına baxmayaraq, etiraz əlaməti olaraq partiyadan istefa vermişdir.

Türkiyyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü belə tənqid etməkdən çəkinməyən böyük mütəffəkir Əhməd bəy Ağaoğlunun qızlarının bu cür xarakteri Aağoğlu genetik kodlarının daşıyıcısı olmasından xəbər verirdi.

Hüquqşünas, Səməd Vəkilov
yerveinsan.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.