"Çağırın gəlim" - "Məşhur komediya ustası Baxçalıya elə cavab verdi ki...

12-05-2019, 16:03           
"Çağırın gəlim" - "Məşhur komediya ustası Baxçalıya elə cavab verdi ki...
MHP lideri Dövlət Baxçalının məşhur türk komediya aktyoru Cem Yılmazın İstanbulun CHP-li namizədi Əkrəm İmamoğluna dəstək verməsindən sonra dediyi "Mən bundan sonra Cem Yılmazı sevmərəm" sözlərinə qarşı tərəfdən gülüşlə cavab verilib.
Mia.az xəbər verir ki, Baxçalının açıqlamasına "Twitter"dəki səhifəsində şərh verən Cem Yılmaz xalq qəhrəmanı olmadığını deyib: "Sevgili dostlar, mən bir xalq qəhrəmanı deyiləm, bir komediya ustasıyam. Həddim-hüdudum bəlli. Mənim məmləkətimlə bağlı xəyalım "hamı hamını sevsindir, sevməyən isə cəhd eləsin" formasındadır. Nevşəhər bələdiyyəsindəki dostumuz da nə zaman Nevşəhərə bir faydam toxunarsa, çağırsın gəlim".
Cem Yılmazın tvitində təkcə son cümlələr olmayıb. Onun tvitinin sonuna gülüş işarəsi qoyması sanki MHP liderinə "sözlərin mənimçün heçdir" anlamında yozulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.