İran mediası Azərbaycana qarşı hərəkətə keçdi - Tariximizi saxtalaşdırırlar

17-05-2019, 12:54           
İran mediası Azərbaycana qarşı hərəkətə keçdi - Tariximizi saxtalaşdırırlar
Ərdəbil əyalətinin Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahinin haqlı olaraq Mannanın türk dövləti olduğunu deməsi paniranist qüvvələrin etirazına səbəb olub.

Kult.az xəbər verir ki, onlar özlərinə məxsus kütləvi informasiya vasitələrində Mədəni İrs Təşkilatının rəisinə qarşı hərəkətə keçiblər.

İranın təhlükəsizlik orqanlarına bağlı “Azəriha” saytı bu barədə bir neçə yazı dərc edərək, Nadir Fəllahinin bu sözlərini “bölücülük” kimi qiymətləndirib və açıqlamanı təkzib etməyə çağırıb.

Qeyd edək ki, Nadir Fəllahi 18 may – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə tarixi Azərbaycan dövləti olan Manna dövrünə aid 3 min illik qədəhin nümayiş etdiriləcəyini açıqlayıb və Mannanın türk dövləti olduğunu vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.