Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb

20-05-2019, 07:06           
Ərdoğan: Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb
Bəşəriyyət tarixində ən böyük soyqırımla məhz Türkiyə xalqı qarşılaşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstiqlaliyyət müharibəsinin 100 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

T.Ərdoğna bildirib: "Bir əsrdən çoxdur Türkiyəyə qarşı əsassız iddialar irəli sürənlər arxiv sənədlərinə və faktlara, həmçinin Türkiyə xalqının yaşadığı ağrı hissinə israrla əhəmiyyət vermirlər".

Türkiyə prezidentinin sözlərinə görə, son 6 ilin hadisələri sübut etdi ki, Türkiyə xalqına münasibət dayişməyib, Türkiyəyə qarşı təzyiq davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.