Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq - Nümayəndələr Palatası

23-05-2019, 12:39           
Türkiyə S-400 alacağı təqdirdə, F-35 proqramından çıxarılacaq - Nümayəndələr Palatası
ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi Türkiyənin Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə F-35 proqramından çıxarılmasına dair qərar layihəsini qəbul edib.

Teref.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, palata üzvləri həmçinin Türkiyəni S-400 raket əleyhinə müdafiə sisteminin tədarükünü təxirə salmağa çağırıb. Xarici əlaqələr komitəsinin rəhbəri Eliot Engel çıxışı zamanı bildirib ki, Rusiya silah sisteminin tədarükünü təxirə salmasa, ABŞ Türkiyəyə silah satmamalıdır: “NATO-ya üzv ölkə rus silahını ala bilməz”.

Sənəd Nümayəndələr Palatasına mayın 10-da təqdim edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.