“Məxfi məlumatlar Putinin əlinə keçəcək” – Kəşfiyyatdan sensasion iddia

2-07-2019, 07:04           
“Məxfi məlumatlar Putinin əlinə keçəcək” – Kəşfiyyatdan sensasion iddia
“Ankara üçün “S-400” kompleksinin satın alınması Türkiyə-Rusiya münasibətlərinin kökündən yenilənməsi deməkdir. Bu əlaqələr strateji və müdafiə baxımından dayanmdan genişlənir. Ankara Suriyadakı hədəflərinə çatmaq istəyirsə, Moskvanın razılığı burada açar rolunu oynayır”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlı “Stratfor” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Türkiyə Rusiyadan “S-400” sistemləri almaqla, NATO-dakı müttəfiqlərindən hərbi texnika almaq imkanı əldə edəcək: “Müttəfiqləri Rusiyadan silah alınmasının qarşısını kəsmək üçün Türkiyəyə ən müasir texnikaları və sistemləri təklif edəcəklər. AKP bunu hansısa formada dəyərləndirə bilər”.

Jurnal qeyd edir ki, rəsmi Ankaranın Rusiyadan silah alması ABŞ-Türkiyə münasibətlərini daha da gərginləşdirəcək:

“ABŞ habelə Türkiyənin “F-35”ləri müşahidə etmək üçün “S-400” kompleksindən istifadə edə biləcəyindən narahatdır. Bundan sonra məxfi məlumatlar Rusiyanın əlinə keçəcək.

Türkiyə 2023-cü ilədək özü-özünü müdafiə edə biləcək gücə sahib olmaq istəyir. Hazırda Türkiyə bu işin öhdəsindən 70 faiz gələ bilir. Son illərdə ölkənin müdafiə sənayesi fantastik həcmdə inkişaf edib. 2019-cu ilin son hesabatına görə, silah ixracatı 64 faiz artıb, Türkiyə bu ilin yanvarından bu yana, silah ixracatından tarixdə ilk dəfə olaraq 2 milyard dollardan çox gəlir əldə edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.