AB qorxuya düşdü: Türkiyəyə sanksiya tətbiq edilir

10-07-2019, 08:19           
AB qorxuya düşdü: Türkiyəyə sanksiya tətbiq edilir
Avropa Birliyi Türkiyəyə Aralıq dənizinin şərqindəki qazma fəaliyyəti ilə bağlı sanksiya tətbiq edə bilər.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı AB-nin üzv ölkələrinin daimi nümayəndələrinin iştirak etdiyi KOREPER toplantısında sanksiya gündəmə gətirilib.

"Avronyus"un məlumatına əsasən, sanksiyalar arasında Avropa İnvestisiya Bankının Türkiyəyə yardım fondlarını və kreditləri dayandırması da var.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə aid TCG Gür (S357) sualtı qayığı Kiprin Karpaz sahillərinə çatıb. Sualtı qayıq Aralıq dənizinidə qazıntı və araşdırma işləri aparan "Fatih" və "Yavuz" qazma gəmilərinin mühafizəsini təmin edəcək.

Artıq Türkiyə gəmilərinin fəaliyyətə başlamaq üzrə olduqları bəyan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.