HDP-də böhran: - Partiya parçalanır

18-11-2015, 13:09           
HDP-də böhran: - Partiya parçalanır
Partiya daxilində ayrı-ayrı qpruplaşmaların mərkəzdənqaçma meyilləri HDP-də vəziyyəti daha da gərginləşdirib. “PKK ilə məsafə saxlayın” çağırışına cavab verməyən kürd qanad susmaqda davam edir. Yanvarın 3-də keçiriləcək konqresdə partiya daxilində parçalanma gözlənilir.

Axar.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində ciddi səs itirən HDP daxilində Yaşıllar və Sol Gələcək Partiyası, Birləşmiş İnqilabçı Partiya, İctimai Azadlıq Partiyası kimi sosialist yönlü 10-a yaxın qruplaşma ayrılıq tərəfdarıdır.

Ən güclü qol kimi partiyanın kürd qanadının yürütdüyü siyasət də tənqid olunur. Qəndilə aktiv dəstəyin dayandırılmasını tələb edən partiya üzvləri kürd qanadın bu siyasətini getdikcə daha sərt şəkildə tənqid edir.

Ekspertlərin fikrincə, partiya parçalanarsa, HDP terrora dəstək verən siyasi partiya mövqeyinə düşməklə bərabər, Qəndilin siyasi partiyasına çevriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.