Adını deməyən şəxs marketin “nisyə dəftəri”ni satın aldı - FOTO

23-08-2019, 13:00           
Adını deməyən şəxs marketin “nisyə dəftəri”ni satın aldı - FOTO
"Borcunu ödəməyə gələnlər həm təəccübləndi, həm də sevindilər"

Türkiyənin Antalya şəhərində hər kəsin təəccübünə səbəb olacaq hadisə yaşanıb.

Adını açıqlamayan xeyirxah biri Soğuksu məhəlləsində marketin “nisyə dəftəri”ni satın alıb.

Mağaza sahibi Osman Cengiz obyektinin qarşısına afişa asaraq hər kəsin borcunun ( 6 min 500 TL) ödəndiyini elan edib.

“Dəftərin şəklini göndərdik. Elə yerindəcə pul hesabımıza göndərildi. Kimliyini bilmirik, sağ olsun. Dəftəri cırıb rəfə qoydum. Bizdən tək istəyi mağazanın qarşısına afişa vurmağımız oldu. Borcunu ödəməyə gələnlər həm təəccübləndi, həm də sevindilər”- deyə O. Cengiz bildirib.(qafqazinfo.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.