Terrorçular Afrinə hücum elədi! - TSQ cavab verdi

30-08-2019, 00:10           
Terrorçular Afrinə hücum elədi! - TSQ cavab verdi
YPG/PKK terror təşkilatı Afrin rayonunun cənubundakı Kimar bölgəsinə hücum edib. Hücuma Türkiyə Silahlı Qüvvələrinin haubitsaları sərt şəkildə cavab verib.

Bu ayın əvvəlində Türkiyə ilə ABŞ-ın Suriyanın şimalında təhlükəsiz bölgə qurulması məsələsində razılaşma əldə eləmələrinə baxmayaraq, YPG/PKK terrorçuları hücumlara davam edirlər. YPG/PKK terror təşkilatı ilə ASO arasında şiddətli döyüşlər baş verib. TSQ döyüşçüləri də terrorçulara cavab atəşi açıb.

Təhlükəsiz bölgə razılaşmasından sonra ABŞ terror təşkilatlarının geri çəkilməyə başladıqlarını bildirmişdi.

“Zeytun budağı” əməliyyatı ilə Afrindən çıxarılmış YPG/PKK rayonun cənub-şərqindəki Tel Rüfət bölgəsində də işğala davam edir. Bu bölgədə yuva salmış terror təşkilatı Azad Suriya Ordusunun nəzarətindəki məntəqələri tez-tez atəşə tutur.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.