Türkiyədə SSRİ vətəndaşı tapılıb...

10-09-2019, 18:34           
  Türkiyədə SSRİ vətəndaşı tapılıb...
Sovet imperiyasının dağılmasından 28 il keçməsinə baxmayaraq bu gün də SSRİ pasportu daşıyan şəxslər var.

Teleqraf.com xəbər verir ki, SSRİ pasportu daşıyan Aleksandra Dravetskaya adlı şəxs Türkiyədən aşkarlanıb.

Məlum olub ki, sovetlər dağıldığı zaman Aleksandra Türkiyəyə gələrək qanunsuz işləyib. Bir neçə ildən sonra geri qayıtmaq istəyəndə bəlli olub ki, o, Ukrayna vətəndaşı deyil.

Aleksandra İstanbuldakı Ukrayna konsulluğuna müraciət edib. Konsulluqdan bildiriblər ki, arxiv qeydlərində onun adına rast gəlinmir. Beləcə SSRİ pasportu daşıyan Aleksandra mürəkkəb durumla qarşılaşıb.

Bununla belə SSRİ pasportuna görə, Aleksandra Dravetskaya1961-ci ildə Ukraynanın Ravno şəhərində doğulub.

20 yaşında Türkiyəyə gələn Aleksandranın hazırda 58 yaşı olduğu deyilir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.