“Çölə çıxmayın” - Soydaşlarımıza XƏBƏRDARLIQ

15-12-2019, 18:26           
“Çölə çıxmayın” - Soydaşlarımıza XƏBƏRDARLIQ
İranda hava çirkliliyi səbəbilə 1541 nəfər xəstəxanaya müraciət edib.
Teref.az xəbər verir ki, onlar xəstəxanalara nəfəs çatışmazlığı və ürək ağrısı şikayətlərilə müraciət edib.

İranın Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Müctəba Xalidi Tehran, İsfahan, Əlburz və mərkəz əyalətlərindən müraciətlərin son sutka ərzində daxil olduğunu deyib:

“1051 müraciət Tehrandan daxil olub. Onlardan 570-də nəfəs çatışmazlığı, 971-də isə ürək ağrıları olub. Bölgə sakinlərinə vacib olmadığı təqdirdə çölə çıxmamaları və ağızlıqdan istifadə etmələri tövsiyə olunur. Çirkliliyin 120 mikroqram/kubmetr olduğu Təbrizdə də həssas qruplar nəqliyyatdan bacardıqca istifadə etməsinlər”.

Qeyd edək ki, Tehran hava çirkliliyinə görə dünyada 12-ci yerdədir. /publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru