Qazaxıstan XİN:"Tərəfləri güc tətbiqindən imtina etməyə çağırırıq"

27-09-2020, 19:52           
Qazaxıstan XİN:"Tərəfləri güc tətbiqindən imtina etməyə çağırırıq"
“Qazaxıstan Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsindən dərin narahatlığını bildirir”.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Biz dost Azərbaycan Respublikasını və Ermənistan Respublikasını vəziyyəti sabitləşdirmək üçün bütün tədbirləri görməyə, güc tətbiqindən imtina etməyə və danışıqlara başlamağa çağırırıq.

Biz beynəlxalq təşkilatların platformalarında münaqişənin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırıq. Asiyada Qarşılıqlı Etimad Tədbirləri Konfransının (CICA) hazırkı sədri olaraq, biz Konfransın mövcud etimad tədbirləri paketindən istifadə etməyi təklif edirik”, – deyə Qazaxıstan XİN-in bəyanatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru