NAZARBAYEVDƏN TÜRKİYƏYƏ ÇAĞIRIŞ - «AVRASİYA İTTİFAQ»INA QOŞULUN

16-04-2015, 16:33           
NAZARBAYEVDƏN TÜRKİYƏYƏ ÇAĞIRIŞ - «AVRASİYA İTTİFAQ»INA QOŞULUN
Avrasiya İqtisadi Birliyi Türkiyə üçün türk biznesinin yeni bazarlara çıxmasına imkanlar açacaq.

Oxu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla danışıqların yekununda bildirib.“Qazaxıstan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə çıxa bilər. Avrasiya İqtisadi Birliyi türk biznesinə yeni bazarlara çıxmağa yol açır”, - Nazarbayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, hər iki ölkə əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bununla əlaqədar Qazaxıstan prezidenti türk biznesini “Nurlı jol” infrastruktur layihəsinin və respublika sənayesinin inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində iştiraka dəvət edib. Eyni zamanda Qazaxıstan rəhbəri Türkiyə ilə qarşılıqlı ticarətin həcminin azaldığını vurğulayıb.

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,5 mlrd dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azdır. Lakin bu dünya böhranının təsiri üzündən baş verir”, - Nazarbayev deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.