Kontakt Home-dən şikayətlər bitmir: "QDanışıq, müştəri xidməti sıfır. Adamı borclu çıxardırlar."

21-09-2020, 07:38           
Kontakt Home-dən şikayətlər bitmir:
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Günel Məmmədova Kontakt Home şirekətindən şikayətçidir. Günel Məmmədova bu şirkətin yaramaz işindən şikayət edərək yazır:

Salam. Şikayətim Kontakt Home şirkətindəndir. Çox cəhd elədim ki, yazmayım, amma özləri məcbur etdilər.
Belə ki, fevral ayında 3 ədəd Casio saat aldım. Kreditlə və 2 il zəmanətlə. 2-si normaldı. Amma 110 manata olanın qızılı rəngi qaralmağa başladı. Taxılmaz hala gəldi.

*6060 nömrəsinə dəfələrlə zəng etdim, 10 dəqiqə xətdə gözləsəmdə zəngi açan olmadı. Sonra təmir şöbəsinə yaxınlaşdım (Nizamidəki). Dedilər korpusa zəmanət vermirik. Əsas odir ki, mexanizm işləyir.
Başa sala bilmədim ki, 3 saat alıramsa eyni vaxtda, o deməkdir ki, bəzək üçün taxıram, işləməyi qədər gözəlliyi də lazımdı. Baxan olmadı.
Sonra zəng etdilər. Danışıq, müştəri xidməti sıfır. Adamı borclu çıxardırlar. Messencerdə yazdım ki, problemimi həll etməsəz şikayət edəcəm.
Nömrəmi aldılar ki, sizinlə əlaqə saxlayacaqlar, saxlayanda olmadı. Beləcə saat bərbad günündə qaldı məndə.
Teref.az olaraq şirkətin mövqeyini dəırc etməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.