"Rusiyanın S-500 raket kompleksi daha vahiməlidir" - "National Interest"

28-05-2021, 14:10           
"Rusiyanın S-500 raket kompleksi daha vahiməlidir"
Rusiya tezliklə NATO-nun qabaqcıl gizli platformaları ilə rəqabət apara biləcək yeni nəsil S-500 zenit raket kompleksini təqdim edəcək.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə məhşur "National Interest" dərgisində çap edilən məqalədə qeyd olunub. Məqalə müəllifi Mark Episkopos yazır ki, Rusiyanın ən müasir silah layihələrindən biri olan S-500, ABŞ-ın döyüş təyyarələrinə ən effektiv cavablarından biridir. Bu kompleks F-35 Lightning II və F-22 Raptor kimi beşinci nəsil görünməz təyyarələrini məhv edə biləcək.

Yeni sistem nəinki sələfi S-400-dən üstündür, həm də onu öz performans sinifində geridə qoyan bir çox yeni xüsusiyyətə malikdir.

Məqalədə qeyd olunur ki, S-500-də 77N6 seriyalı raketlər modernləşdirilib, hipersəsli qanadlı raketləri və M = 5 (Mach sayı) üzərində sürətlə uçan digər görünməz obyektləri tutma qabiliyyətinə malikdir.

Bundan əlavə, kompleks 600 kilometr radiusda ballistik raketləri və saniyədə dörd mildən çox sürətlə hərəkət edən onadək raket başlığını vura bilər. Yeni sistemin istehsalçısına görə, S-500 müəyyən LEO peykləri üçün də təhlükə yarada bilər.

"S-500 Amerikanın nüfuzuna zərbədir. Sistem ABŞ-ın hücum silahlarını zərərsizləşdirir və onların geniş reklam olunan hava və raketdən müdafiə sistemlərini üstələyir" deyə məqalədə qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru