Tiflisdə güclü yanğın - FOTO 19-02-2018, 09:59 Gürcüstanın paytaxtı Tiflisdə şəhərində David Aqmaşenebeli prospektində yerləşən keçmiş Mixaylov hospitalının binasında güclü yanğın baş verib.Yanğın binanın dam örtüyündə başlayıb. Hadisə yerinə 12 yanğınsöndürən maşın cəlb olunub.Yanğın nəticəsində xəsarət alanların olduğu bildirilir. Yanğının səbəbi hələ ki, məlum deyil. Facebook-da paylaş