İran 60% zənginləşdirilmiş uran ehtiyatından imtina edə bilər
Bu gün, 10:58
ABŞ İrana qarşı növbəti təcavüzün olmayacağına dair qəti təhlükəsizlik zəmanəti verməlidir. Bunun müqabilində İran 60% zənginləşdirilmiş uran ehtiyatını fiziki olaraq zəiflətmə prosesinə başlayacaq.
"Azad İran" xəbər verir ki, belə bir təkliflə İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı Qətnaməsinə yekun olaraq xitam verildikdən sonra İran özünün 60% zənginləşdirilmiş uran ehtiyatını 20% saflığa endirəcək.
Müvəqqəti razılaşmaya əsasən, məhz bundan sonra yekun saziş üzrə danışıqlara başlanacaq.
Məlumata görə, Tramp administrasiyası Əraqçının təqdim etdiyi təklifə hələ ki cavab verməyib.