Rövşən Məmmədov dəmir yollarının rayonlarda olan kassalarını ləşv etdi - Kassirlər işdən atıldılar

Bu gün, 10:48           
Rövşən Məmmədov dəmir yollarının rayonlarda olan kassalarını ləşv etdi - Kassirlər işdən atıldılar
Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov ölkənin bir çox rayonlarında bilet satışı ilə məşğul olan kassaları ləğv edib.

Gununsesi.info-nun xəbərinə görə, Bakı və Gəncə istisna olmaqla bütün rayonların dəmir yolu vağzallarında kassalar ləğvi nəticəsində kassirlər işdən kənarlaşdırılıb.

Saytımıza müraciət edən kassirlər bildirib ki, Dəmir Yolları rəhbərliyinin onların başqa işə keçirilməsini də təmin etməyib.

Dəmir Yolları rəhbərliyi bu qərarını isə onunla əsaslandırıb ki, indi sərnişinlər bileti online alır.

Ancaq reallıqda isə Dəmir Yollarının internet səhifəsindən online bilet almaq olduqca çətin və bir çox hallarda mümkünsüz olur.

Sistemdə davamlı yaranan problemlər barədə dəfələrlə şikayətlər eşidilib.

Həmçinin, bölgələrdə kassaları ləğv edən qurum rəhbərliyi bəzi sərnişinlərin yaşlı olmasını və online bilet almaq bacarıqlarının olmadığını düşünməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru